Mən Çingiz. 22.04.2000 tarixində məcburi köçkün ailəsində doğulmuşam. Əslən Xocavənd rayonundanam. Hal hazırda Beyləqan rayonunda məskunlaşmışıq. 17 yaşında arzuları olan, əsaslı təhsil almaq istəyən və hazırki şəraitdə bunun yalnız hansısa xarici ölkədə mümkün olduğunu bilən bir azərbaycan gənciyəm. Elə indicə çoxdanki arzum olan REAL a üzv olmaqla bağlı sizin səhifənizi ziyarət etdim. Əfsuslar olsun ki bunun üçün bir neçə ay daha gözləməli olacam. Ölkəmdə azadlıq üçün bu cür mübarizə aparan cəsur ruhlu insanların olduğunu görmək həqiqətən qürür vericidir. Xalqımız üçün göstərdiyiniz əvəzsiz xidmətlər üçün sizə dərin minnətdarlığımı bildirirəm.