Natiq Cəfərli Jülyən Lö Lan və Lui Tulorj ilə görüşdü

23.03.2022

Bu gün REAL partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Fransa səfirinin birinci müşaviri Jülyən Lö Lan və iqtisadiyyat müşaviri Lui Tulorj  ilə görüşdü.

Görüş zamanı ölkəmizlə Fransa arasındakı ikitərəfli münasibətlər üçün əhəmiyyət daşıyan iqtisadi və siyasi məsələlər, həmçinin Rusiya-Ukrayna müharibəsi fonunda regionun gələcəyi, ərzaq təhlükəsizliyi, ticarət  və s məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.