16.03.2020
Bu gün Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov Bakıda səfərdə olan Avropa Xarici Fəaliyyət İdarəsinin Şərqi Avropa və Mərkəzi Asiya ilə əməkdaşlıq direktoru Luk Pyer Devin ilə görüşdə Azərbaycan və Avropa Birliyi arasında uzunmüddətli əməkdaşlığı tənzimləyəcək sənədin hazırlanması bağlantısında REAL partiyasının qanunvericilik təşəbbüslərini qonağa təqdim etdi. İ.Məmmədov bildirdi ki, sivil toplumun vəziyyətini yaxşılaşdırmaq məqsədinə yönəlik REAL-ın 3 qanun layihəsi artıq çoxdandır rəsmən Milli Məclisdədir və siyasi iradə olsa onlar qəbul edilə bilər. Görüşdə həmçinin seçki islahatı, Avropa Məhkəməsinin qərarlarının icrası və Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərdə ciddi irəliləyişin əldə edilməsi yolları haqqında fikir mübadiləsi aparıldı.