Pandemiya siyasətinə dair sənəd

11.03.2022

Bu gün martın 11-də Respublikaçı Alternativ partiyası Pandemiya Siyasətinə dair özünün geniş sənədini dərc edərək onu ictimai müzakirəyə və redaktəyə çıxarır.
Düz 2 il əvvəl 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan etmişdi. İki ildən çıxarılmalı nəticələr və gələcəkdə siyasətin necə qurulmalı olduğu haqda 53 səhifəlik sənəddir.
Saytımızda ona birbaşa redaktələr edə bilərsiniz. Siyasi Komitəmiz təklifinizi qəbul etsə, o, mətnin yekun variantına daxil ediləcək. Sənədi yay aylarında yekunlaşdırmaq niyyətindəyik.
Hər kəsin həyatına toxunmuş mürəkkəb mövzunun dərinlərinə baxaraq geniş əhatəli cavab verən ilk və yeganə partiya Respublikaçı Alternativdir.
https://realplatforma.org/category/Pandemiyalara-cavab