İlqar Məmmədov məruzəçilər Bernd Vöhringer və Stevart Dickson ilə videoformatda görüşdü

25.02.2021

REAL sədri İlqar Məmmədov Avropa Şurasının Konqresi tərəfindən Azərbaycana göndərilmiş məruzəçilər Bernd Vöhringer, Stevart Dickson və eləcə də nümayəndə heyətinə daxil digər şəxslər ilə videoformatda görüşdü. Məruzəçilərə REAL partiyasının Bakıya seçkili mer təşəbbüsü haqqında  məlumat verildi, onların partiyanın mövqeyi və təkliflərinə dair sualları cavablandırıldı. 
Xatırladaq ki, REAL partiyası öz proqramında təklif edir ki, yaşayış məntəqəsinin əhalisi 75 mindən çox olduqda o, Böyük Şəhər statusu almalı və onun seçilmiş rəhbərliyi birbaşa mərkəzi hökumətlə işləməlidir. Hər böyük şəhərdə xalqın birbaşa seçdiyi Mer və Bələdiyyə Şurası olmalıdır.