İlqar Məmmədov Belçika, Latviya, Niderland və Estoniya səfirləri ilə görüşdü

19.11.2020

Respublikaçı Alternativ partiyasının sədri İlqar Məmmədov Belçika, Latviya, Niderland və Estoniya səfirləri ilə görüşmüşdür. Səfir Bert Şufs, səfir Daynis Qarançs, səfir Paulin Eizeman və müvəqqəti işlər vəkili Andrey Volentinov ilə söhbətdə Qarabağ uğrunda aparılmış müharibənin hazırkı və gələcək nəticələri, onların Güney Qafqaz regionunda sülh və təhlükəsizliyə təsiri, Avropa İttifaqı və Azərbaycan ilə münasibətlərin perspektivləri haqda ətraflı fikir mübadiləsi aparıldı.