01.09.2020
Bugün Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros ilə partiyanın ofisində görüşmüşdür. Partiyanın rəsmi dövlət qeydiyyatına alınması münasibətilə səfir Qros partiya sədrini təbrik etdi. Görüşdə Azərbaycan və Fransa üçün beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq və əməkdaşlıq baxımından önəmli olan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.