18.08.2020
Bu gün Respublikaçı Alternativ partiyası Siyasi Komitəsinin ilk iclası keçirildi. İclasın gündəliyində duran əsas məsələ partiya nizamnaməsinin tələbinə uyğun olaraq partiya sədrinin seçilməsi idi. Erkin Qədirli partiyanın sədri vəzifəsinə İlqar Məmmədovun namizədliyini irəli sürdü. Başqa namizəd irəli sürülmədiyindən İlqar Eldar oğlu Məmmədovun partiya sədri vəzifəsinə namizədliyi səsverməyə çıxarıldı və yekdilliklə qəbul olundu.