İlqar Məmmədov Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşdü

05.08.2020

Bu gün REAL partiyasının Siyasi Komitəsinin üzvü İlqar Məmmədov Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankausla görüşmüşdür. Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərinə aid bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.