Siyasi Partiyalar haqqında Azərbaycan Respublikası qanunun 8-ci maddəsinə əsasən Siyasi partiyada üzvlük Siyasi partiyanın nizamnaməsini və proqramını qəbul etmiş, yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları siyasi partiyaya üzv ola bilərlər. Siyasi partiyalar tərəfindən üzvlərinin qeydiyyatı aparılır. Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Bütün səlahiyyəti müddətində Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrləri, sədr müavinləri və hakimləri, Azərbaycan Respublika-sının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hərbi qulluqçular (köməkçi-texniki heyət istisna olmaqla), prokurorluq, ədliyyə, daxili işlər, milli təhlükəsizlik, sərhəd xidməti, gömrük, maliyyə, vergi, feldyeger rabitəsi, fövqəladə hallar, miqrasiya orqan-larının, dövlət mətbuatı orqanlarının işçiləri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvləri, din xadimləri siyasi partiyaların üzvü ola bilməzlər. Bu maddənin üçüncü hissəsində sadalanan şəxslər bütün seçki, xidmət və ya iş dövründə siyasi partiyalarda üzvlüyünü dayandırırlar.