20.04.2022
Aprel ayının 17-də Respublikaçı Alternativ (REAL) Partiyasının Gənclər Birliyinin II Konfransı keçirildi. Konfransda qurumun 8 nəfərdən ibarət yeni İdarə Heyəti seçildi.
19 aprel 2022-ci il tarixində REAL partiyası Gənclər Birliyinin yeni seçilmiş idarə heyətinin ilk iclası keçirildi. İclasda Gənclər Birliyi İdarə Heyəti qurumun sədr və müavinlərini seçdi.
Sədr: Fariz Zöhrabov
Müavinlər: Emil Paşayev və Tural Rzazadə
REAL Gənclər Birliyini bu münasibətlə təbrik edir və işlərində uğurlar arzulayırıq.
