Avropa Şurası Konqresinin baş katibi REAL sədrinə məktub ünvanladı

05.03.2021

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş Katibi Andreas Kiefer Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədova məktub ünvanlayıb. Məktubda Konqres və REAL partiyası arasında “əla əməkdaşlığa görə”, ayrıca olaraq monitorinq missiyası ilə görüşdə İlqar Məmmədovun bölüşdüyü fikirlərə görə təşəkkür edilir. Cənab Kiefer öz məktubunda Konqresin bundan sonra da Azərbaycanla birgə aparacağı işdə Respublikaçı Alternativ partiyasının töhfəsindən faydalanmaq istəyini ifadə edir.