25.12.2020
Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin verdiyi qərara əsasən dekabrın 25-də Partiyanın Gənclər Birliyinin onlayn qaydada Təsis Konfransı keçirildi. Konfransda qurumun 8 nəfərdən ibarət İdarə Heyəti seçildi. İdarə Heyəti yaxın zamanlarda sədrini və digər məsul şəxsləri seçəcək. REAL Gənclər Birliyini bu münasibətlə təbrik edir və 2021-ci ildə işlərində uğurlar arzulayırıq!